Azərbaycanlı futbolçu Kiyev “Dinamo”su ilə müqaviləni yenilədi
21.04.2009 - 13:44
Azərbaycanlı futbolçu Kiyev “Dinamo”su ilə müqaviləni yenilədi
Ukraynanın “Dinamo” (Kiyev) klubu azərbaycanlı futbolçu Aleksandr Əliyevlə yeni müqavilə bağlayıb. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, bu haqda klubun prezidenti İqor Surkis məlumat verib.

O, bildirib ki, Ukrayna milli komandasında da çıxış edən yarımmüdafiəçinin hazırkı anlaşması 2011-ci ilin sonunadək uzadılıb. Surkisin fikrincə, əvvəllər qalmaqallı futbolçu kimi ad çıxarmış Əliyev bu yaxınlarda ailə qurduqdan sonra “Dinamo”nun liderinə çevrilib. Ona görə də rəhbərlik futbolçunu kollektivdə saxlamağa qərar verib.

Qeyd edək ki, bu mövsüm “Dinamo” UEFA kubokunun yarımfinalına vəsiqə qazanıb. Finala vəsiqə əldə etmək üçün kiyevlilər əzəli rəqibi – Donetsk “Şaxtyor”unu yenməlidirlər.
0