AFFA “Olimpik” rəsmilərinin yalanını üzə çıxardı
21.04.2009 - 14:05
AFFA “Olimpik” rəsmilərinin yalanını üzə çıxardı
“Olimpik” klubunun rəqib futbolçunun saxta sənədlə oynaması haqda iddiası yalan çıxıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, İntizam Komitəsi Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XXII turunun “Olimpik” – “Simurq” matçı ilə bağlı bakılıların şikayətinə baxıb.

Belə ki, matçın protokoluna qeyd yazan “Olimpik” rəsmilərinin iddiasına görə “Simurq” klubunun 7 №-li futbolçusu Kamal Babayevin əvəzinə klubda qeydiyyatda olmayan başqa futbolçu oynayıb. Matçın videoyazısını izlədikdə oyunçunun kimliyini aşkar etmək mümkün olmayıb. Lakin görüşün baş hakimi və 4-cü hakimi iclasa dəvət olunub və hər ikisi matçda “Simurq” klubunun 7№-li futbolçusunun PFL tərəfindən 0552 saylı lisenziya verilmiş Kamal Babayev olduğunu təsdiqləyib. Bundan başqa, həmin qarşılaşmada hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alan İlkin Qırtımov 2 oyunluq cəzalandırılıb və “Simurq”u 1000 manat ziyana salıb. “Olimpik” klubunun futbolçusu Məhəmməd Aslanov isə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub isə 100 manat cərimə olunub.
0