Bellami Bakıya gəlməyəcək?
21.04.2009 - 16:30
Bellami Bakıya gəlməyəcək?
Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti rəsmi oyununu keçirəcəyi Uels yığmasında heyətlə bağlı ciddi itki yaranıb. Apasport.az saytının məlumatına görə, iyunun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda qonağımız olacaq uelslilər kapitan Kreyq Bellaminin xidmətindən məhrum olub. “Mançester Siti”də çıxış edən 30 yaşlı hücumçu cari mövsümün qalan oyunlarında meydana çıxmayacaq. O, son bir ayda artıq ikinci dəfə həm klubunun, həm də yığmanın heyətində dizindən zədə alıb. Futbolçunun müalicəsinin uzun müddət çəkəcəyi gözlənilir. Yəni, Uels yığmasının liderinin Bakıya gəlmək şansı çox azdır.

Qeyd edək ki, Bellami milli komandamızla ötən ilin sentyabrın 6-da Kardiff şəhərində keçirilən oyunu da zədə səbəbindən buraxmalı oldu. O, 6 il öncə Azərbaycan yığmasını böyük hesabla məğlub etdikləri rəsmi görüşdə (4:0) artıq 1-ci dəqiqədə hesabı açmışdı.
0