Azərbaycanlı futbol əfsanəsinin əvəzləyicisi də qovuldu
21.04.2009 - 17:14
Azərbaycanlı futbol əfsanəsinin əvəzləyicisi də qovuldu
İran yığmasında son 15 gündə ikinci dəfə baş məşqçi dəyişikliyi baş verib. Apasport.az saytının məlumatına görə, əslən azərbaycanlı məşqçi Əli Daeinin xələfi olan Məhəmməd Mayelikoxan təyinatından cəmi yarım ay sonra postundan ayrılıb. Buna səbəb onun İran klublarını çalışdıran həmkarları ilə münaqişəyə girməsi olub.

Həmin məşqçilər Mayelikoxanın yığmanın sükanı arxasına gətirilməsindən dərhal sonra ona qarşı çıxıblar. Yeni baş məşqçini yerli mətbuatda da çox tənqid edərək, yığmaya rəhbərlik etmək bacarığı olmayan şəxs sayırdılar. Onların fikrincə, Mayelikoxan öz hərəkətinə nəzarət edə bilmir. Bütün bunlardan sonra baş məşqçi bu gün istefa ərizəsi ilə rəsmən İran Futbol Federasiyasına (İFF) müraciət edib.

Qeyd edək ki, İFF ötən ilin yanvarından milli komandada bir neçə baş məşqçini dəyişib. Əslən Cənubi Azərbaycandan olan, əfsanəvi futbolçu sayılan 40 yaşlı Daei iki həftə öncə 2010-cu il dünya çempionatının seçmə mərhələsində uğursuz çıxışa istefaya göndərilib.
0