Kamran Ağayev Türkiyəyə əməliyyata gedir
21.04.2009 - 17:52
Kamran Ağayev Türkiyəyə əməliyyata gedir
“Xəzər-Lənkəran”ın türkiyəli yarımmüdafiəçisi Devran Ayhan komandasının hazırlığından kənarda qalıb. Apasport.az saytının məlumatına görə, cari mövsümdən Lənkəran təmsilçisində oynayan futbolçunun topuğu əzildiyindən, məşq prosesinə qatılmayıb. Klubun həkimi Boris Xetaqurov bildirib ki, bu gün trenajor zalında çalışan Devranın zədəsi ciddi deyil və sabah komandanın məşqinə qatılacağı gözlənilir.

Ayhanla yanaşı, Kamran Ağayev də hazırlıq prosesinə qatılmır. “Xəzər-Lənkəran”da qalmağa qərar verən milli komandamızın qapıçısı sabah Türkiyənin İstanbul şəhərinə cərrahiyə əməliyyatına yollanacaq. Onun onurğa sütunundakı problemi yalnız əməliyyatdan sonra aradan qaldırıla bilər.
0