16 ildən sonra Qarabağda!
21.04.2009 - 18:02
16 illik fasilədən sonra Azərbaycan çempionatı çərçivəsində Ağdamda futbol matçı keçiriləcək. Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, “Qarabağ” klubunun Premyer Liqada son iki ev oyununu, eləcə də, Azərbaycan kuboku uğrunda “Bakı” ilə mayın 6-da keçiriləcək cavab yarımfinal görüşünün Quzanlı Olimpiya İdman Kompleksinin stadionda keçirməsinə icazə verilib.
PFL nümayəndələrinin stadionda apardığı təftişdən sonra arena oyunların keçirilməsi üçün yararlı hesab edilib. Ot örtüyü ilə bağlı azacıq çatışmazlığa gəlincə, "Qarabağ" bunları tezliklə aradan qaldıracağını öz öhdəsinə götürüb. Komanda öncə XXIV turda “İnter”lə mayın 3-də görüşü Ağdamda keçirəcək və bu görüş Az.TV ilə canlı yayımlanacaq. XXV turun “Qarabağ” – “Xəzər-Lənkəran” matçı isə mayın 9-da baş tutacaq.
Qeyd edək ki, sonuncu dəfə Ağdamda 1993-cü ildə 2-ci milli çempionatın oyunu keçirilib. “Qarabağ” həmin mövsümü “qızıl dubl”la başa vurub və Ağdam işğal olunandan sonra komanda rəqiblərini doğma məkandan kənarda - Bakı, Sumqayıt və digər bölgələrdə qəbul edib.

0
0