Azərbaycan yığmasının rəqibi 63 illik rekordu təkrarladı
22.04.2009 - 09:24
Azərbaycan yığmasının rəqibi 63 illik rekordu təkrarladı
Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının futbolçusu Andrey Arşavin rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Arsenal” klubunun şərəfini qoruyan hücumçu Premyer Liqanın növbəti oyununda 4 qol vurub.

Bununla, Arşavin səfərdə “Liverpul”la qarşılaşan London təmsilçisinin bu görüşdə xal qazanmağının səbəbkarı olub. 4:4 hesabı ilə nəticələnən matçda qonaqların bütün qollarına imza atan rusiyalı 63 illik rekordu təkrarlayıb. Belə ki, son 63 ildə heç bir qonaq futbolçu “Enfild Roud” stadionunda “Liverpul”un qapısına 4 qol vura bilməmişdi.

Sonuncu poker hələ ikinci dünya müharibəsindən sonrakı ilə - 1946-cı ilə təsadüf etmişdi. Həmin oyunda “Vulverhempton”un hücumçusu Dennis Uestkott meydan sahiblərini “topa tutmuşdu”.

Qeyd edək ki, son dəfə qonaqların pokerinə üzüldüyü 1946/47 mövsümündə əzəli rəqibi “Mançester Yunayted”i cəmi 1 xal qabaqlayan “Liverpul” İngiltərə çempionu olmuşdu. Maraqlıdır ki, bu dəfə də titullar əsas iki namizəd bu komandalardır.
0