Rus telekanalları Azərbaycan – İspaniya görüşünü canlı yayımlamaq istəyirlər
22.04.2009 - 10:48
Rus telekanalları Azərbaycan – İspaniya görüşünü canlı yayımlamaq istəyirlər
İyunun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan – İspaniya görüşü rusların da diqqət mərkəzindədir. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız həmin matçı canlı yayımlamaq niyyətindədirlər. Belə ki, Rusiyanın iki telekanalı - “RTR-Sport” və “NTV+Futbol” son qitə çempionlarının yığmamızla oyununu yayımlamaq məqsədilə yaxın günlərdə AFFA ilə danışıqlar aparmaq fikrindədirlər.

Xatırladaq ki, Azərbaycan və Rusiya milliləri dünya çempionatının seçmə mərhələsində eyni qrupda mübarizə aparır.
0