İqor Ponomaryov: Bizim üçün fərqi yoxdur
22.04.2009 - 11:06
“Komandam üçün “Qarabağ”la harada oynamağın ciddi fərqi yoxdur. Bakıya da, Ağdama da təxminən eyni məsafəni qət etməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran” klubunun baş məşqçisi İqor Ponomaryov deyib.
Azərbaycan çempionatının XXV turunda mayın 9-da baş tutacaq matçda Ağdamın “Qarabağ” klubu ilə qarşılaşacaq lənkəranlıların çalışdırıcısı oyunun harada keçirilməsinə münasibət bildirib. O, Peşəkar Futbol Liqasının “Qarabağ”ın öz oyunlarını Bakıda deyil, Ağdamda keçirməsinə icazə verməsini müsbət qarşılayıb: “Artıq bilirik ki, meydanın vəziyyəti qənaətbəxşdir. Fürsətdən istifadə edib, “Qarabağ” Futbol Klubunu və bütün ağdamlıları komandalarının “ev”lərinə qayıtması münasibətilə təbrik etmək istərdim. Futbolun əyalətlərə yol açması çox önəmlidir. Konkret bizim oyuna gəlincə, bəlkə də belə olması daha yaxşıdır. Futbolçularımıza dolu tribunalar əlavə güc, stimul, həvəs verir. Odur ki, Ağdama sevə-sevə gedəcəyik”.
Qeyd edək ki, Ponomaryov 2004/05 mövsümündə “Qarabağ”ın baş məşqçisi olub.

0
0