Maurinyodan məşhur manekenə 1 milyon dollarlıq hədiyyə
22.04.2009 - 11:59
Maurinyodan məşhur manekenə 1 milyon dollarlıq hədiyyə
İtaliyanın “İnter” klubu braziliyalı model Jizel Bündxenin var-dövlətini artıra bilər. Apasport.az saytının məlumatına görə, portuqaliyalı Joze Maurinyonun baş məşqçisi olduğu komanda 29 yaşlı xanıma 1 milyon dollar qazandırmağa yaxındır. Bundan ötrü “İnter” A seriyasının qalibi olmalıdır.

Məsələ burasındadır ki, Jizel “İnter” İtaliya çempionu olacağı ilə bağlı 1 milyon dollar həcmində mərcə girib. Ümumi varidatı 150 milyon dollara bərabər olan model mərci demək olar, qazanıb. Çünki çempionatın sonuna 6 tur qalmış Milan təmsilçisi ən yaxın izləyicisini 10 xal qabaqlayır. İndi qalır “İnter”in titulu rəsmiləşdirməyi.

Maurinyo “İnter” çempionluğuna sevinəndə, Jizel də mərci qazanmağını bayram edəcək.

Qeyd edək ki, Bündxen dünyanın ən zəngin manekeni hesab olunur. Bundan başqa, o, planetin ən varlı qadınları arasında 16-cı yeri tutur.
0