“Neftçi” klubunun futbolçuları 200 min avroya villa aldılar
22.04.2009 - 12:38
“Neftçi” klubunun futbolçuları 200 min avroya villa aldılar
Türkiyənin kurort şəhəri Antalyada “Sporland” qəsəbəsi inşa olunub. Apasport.az saytının məlumatına görə, futbolçular üçün nəzərdə tutulan bu ərazidə artıq boş villa qalmayıb.

Hər birinin qiyməti 200 min avro olan malikanələrin sahibləri sırasında Türkiyə yığmasının məşhur simaları Semih Şəntürk (“Fənərbaxça”), Sərvət Çətin (“Qalatasaray”) və “Beşiktaş”lı Yusuf Şimşək də var. Superliqaya başçılıq edən “Sivasspor”un baş məşqçisi Bülənt Uyğunun isə bu qəsəbənin “sakini” ola bilməyib. Belə ki, bütün villalar satıldığından ona gözləməyi məsləhət biliblər. Belə ki, yaxınlarda məşqçilər üçün də villalardan ibarət qəsəbənin inşa olunacağı gözlənilir.

“Sporland”ın açılışı bu ilin avqustunda gerçəkləşəcək və futbolçular həmin vaxt villalarına köçəcək. Villa sahibi olan digər futbolçular arasında Bakının “Neftçi” klubunun futbolçusu Əli Cansun da var. Azərbaycan Premyer Liqasının ikinci dövrəsində “Xəzər-Lənkəran” və “Standard”a vurduğu qollarla komandasına qələbə qazandıran türkiyəli artıq 200 min avroluq malikanənin sahibidir. Flaqmanın sabiq oyunçusu, hazırda “Kocaelispor”da çıxış edən Levent Kartop da qəsəbənin sakinlərindən olacaq.
0