Fatih Terim ilin idman adamı seçildi
22.04.2009 - 14:30
Fatih Terim ilin idman adamı seçildi
Türkiyə milli komandasının baş məşqçisi Fatih Terimlə hücumçusu Semih Şəntürk 2008-ci ilin ən yaxşıları olub. Apasport.az saytının məlumatına görə, Beykent Universiteti Terimi ötən ilin idman adamı, “Fənərbaxça” klubunda oynayan Şəntürkü isə idmançısı seçib.

Bu, ali təhsil ocağının 8 min tələbəsinin iştirakı ilə keçirilən anket sorğularının nəticəsinə əsasən müəyyənləşib. Universitetin təşkil etdiyi mərasimdə Terimin mükafatını onun milli komandadakı köməkçisi olan məşqçi Mətin Təkin, Semihin mükafatını isə “Fənərbaxça”nın rəsmisi Övgü Doğan alıb.

Qeyd edək ki, sorğunun nəticələrinə görə ən çox oxunan idman qəzeti “Fanatik”, ən yaxşı idman proqramı TRT1-də yayımlanan “Stadium” proqramı seçilib.
0