“Qarabağ”la Qarabağdakı xatirələr... - STATİSTİKA
22.04.2009 - 14:45
“Qarabağ”la Qarabağdakı xatirələr... - STATİSTİKA
Peşəkar Futbol Liqasının icazəsindən sonra “Qarabağ” müstəqillik tariximizdə 29-cu dəfə Ağdamda oynayacaq. Apasport.az saytının hesablamalarına görə, mayın 3-də “İnter”i qəbul edəcək ağdamlılar 5832 gündən sonra doğma şəhərin stadionuna çıxacaq.

1992-93-cü illərdə rəqiblərini Ağdamda qəbul edən “Qarabağ” burada 28 oyun keçirib. Azərbaycan Premyer Liqasının lideri olan “İnter” mövqeyini əldən verməmək üçün meydan sahiblərinin seriyasını qırmalı olacaq. Belə ki, “Qarabağ” Ağdamda keçirdiyi son 22 matçda qalib gəlib. Əyalət təmsilçisinin son məğlubiyyətindən isə daha uzun 27 oyunluq seriya keçir. Maraqlıdır ki, “Qarabağ”ın Ağdamda uduzduğu yeganə oyun onların müstəqilik tarixindəki ilk qarşılaşması olub. Və məğlubiyyətlə başlayan tarix qələbə seriyası ilə davam edib.

Ağdamlıların öz meydanında “Turan”a qarşı keçirdiyi son matçın iştirakçılarından yalnız biri – Aslan Kərimov 16 ildən sonra yenə doğma arenaya çıxacaq. Həmin görüşdə iştirak edənlərdən Yaşar Hüseynov, Müşfiq Hüseynov, Səttar Əliyev, Emin Salmanov, Elşad Xudadatov yenə “Qarabağ”ın sıralarında olsa da, artıq məşqçi kimi Ağdam komandasına xidmət edir. Ağdamda vurulan son qolu buraxan Nizami Sadıqov isə indi “Qarabağ”ın qapıçıları ilə işləyən məşqçisidir. Həmin qarşılaşmada “Turan”ın şərəfini qoruyan Elxan Abdullayev isə “İnter”in məşqçisi kimi yenidən Ağdama gəlib, stadionun açılışına şahid olacaq. Maraqlıdır ki, “İnter”lə matça təsadüf edən qayıdış Ağdamdakı yeganə məğlubiyyətin 17-ci ildönümünə təsadüf edəcək.

Ağdamda son oyun – “Qarabağ” – “Turan” 1:0 (Azərbaycan kubokunun yarımfinalı, 12.05.1993)

... son qol – Yaşar Hüseynov (“Qarabağ” – “Turan” 1:0, Azərbaycan kubokunun yarımfinalı, 12.05.1993)

... son fiti çalan hakim – Rüstəm Rəhimov (“Qarabağ” – “Turan” 1:0, Azərbaycan kubokunun yarımfinalı, 12.05.1993)

... son sarı vərəqə - Vəli Hüseynov (“Qarabağ” – “Turan” 1:0, Azərbaycan kubokunun yarımfinalı, 12.05.1993)

... son çempionat oyunu – “Qarabağ” – “Xəzər” (Sumqayıt) 1:0 (09.05.1993)

... son qırmızı vərəqə - Aqil Məmmədov (“Qarabağ” – “Xəzər” Sumqayıt 1:0, 09.05.1993)

... son penalti – Mehman Alışanov (“Qarabağ” – “Xəzər” Sumqayıt 1:0, 09.05.1993)

... qonaqların son qolu – Samir Ələkbərov (“Qarabağ” – “Neftçi” 2:1, Azərbaycan kubokunun ¼ finalı, 28.04.1993)

... son heç-heçə - “Qarabağ” – “Kəpəz” 0:0 (24.06.1992)

... son məğlubiyyət – “Qarabağ” – “İnşaatçı” (Sabirabad) 1:2
0