Azərbaycanda ən faydalı futbolçu MOİK-də oynayırmış
22.04.2009 - 16:21
Azərbaycanda ən faydalı futbolçu MOİK-də oynayırmış
Azərbaycan Premyer Liqasının ən faydalı futbolçusu MOİK-də çıxış edir. Apasport.az saytının hesablamalarına görə, cari çempionatda cəmi 4 qol vuran İsmayıl Məmmədov mövsümün ən effektli oyunçusudur. 33 yaşlı yarımmüdafiəçi cəmi 10 topa sevinən komandasının vurduğu bütün qollarının 40 faizinə imza atıb.

Bu göstəricisi ilə ölkədə ən yaxşı olan İsmayıl daha səviyyəli turnirlərdə qolları sıralayan Samuel Eto, Kriştianu Ronaldo, Milan Baroş və David Vilya kimi məşhurları da qabaqlayır. Komandasının vurduğu qolların sayındakı çəkisinə əsasən ikincilik Viktor İbekoyiyə məxsusdur. “Turan”ı Premyer Liqanın “zirzəmisindən” çıxaran nigeriyalı cəmi 7 oyunda 6 qol vurmaqla, komandasının qış fasiləsindəki ən dəyərli tapıntısına çevrilib.

Ən faydalılar siyahısında üçüncü yeri Leandro Qomeş tutur. Hamıdan çox qol vuran – Valter Quqlemon, İvan Svetkov və Amiran Muciri ilk “onluq”da yer alsa da, faiz göstəriciləri onları ən yaxşı üç futbolçudan geri salıb.

Komandasının qollarının ən azı 20 faizini vuran futbolçular

yer

futbolçu

Qol sayı

komandası

Komandasının qol sayı

faiz

1

İsmayıl Məmmədov

4

MOİK

10

40

2

Viktor İbekoyi

6

"Turan"

16

37,5

3

Leandro Qomeş

9

"Olimpik"

25

36

4

Valter Quqlemon

14

"İnter"

42

33,33333

5

Fərzad Hatəmi

8

"Qəbələ"

26

30,76923

6

İvan Svetkov

13

"Xəzər-Lənkəran"

43

30,23256

7

Vladimir Mazyar

10

"Simurq"

34

29,41176

8

Anatoli Doroş

6

"Karvan"

24

25

9

Anxel Qustavo Qutierres

5

"Standard"

20

25

10

Amiran Muciri

11

"Bakı"

46

23,91304

11

Fərid Quliyev

4

“Muğan”

17

23,52941

12

Kənan Kərimov

6

"Qəbələ"

26

23,07692

13

Nidal Ferhadoviç

7

"Qarabağ"

32

21,875

14-15

Junivan Suares

5

"Olimpik"

25

20

 

Dan Pisla

4

"Standard"

20

20

16-17

Eldəniz Məmmədov

2

MOİK

10

20

 

Fuad Əliyev

2

MOİK

10

20

0