Ən bərbad transferlər
22.04.2009 - 18:47
Ən bərbad transferlər
İtaliyanın “Milan” klubunun ukraynalı hücumçusu Andrey Şevçenko yenə ən bərbad transferlər sırasında yer alıb. Apasport.az saytının məlumatına görə, ötən yay Londonun “Çelsi” klubundan “Milan”a qayıdan 33 yaşlı futbolçu cari mövsümdə İtaliya A seriyasında ən uğursuz keçidlərlə bağlı tərtib olunan siyahıda yer alıb.

Ukrayna milli komandasının lideri bu siyahıda 5-ci pillədədir. Karyerasının ən uğurlu dövrünü “Milan”da keçirən Şeva 2006-cı ildə bu klubu “Çelsi”yə dəyişməyə qərar verdi. Ancaq London təmsilçisində iki ili uğursuz keçirən, daha çox ehtiyatda qalan Andrey İngiltərə Premyer Liqasında mövsümün ən uğursuz transferlərindən sayılırdı.

Qeyd edək ki, A seriyasında bərbadların siyahısına başçılıq edən portuqaliyalı yarımmüdafiəçi Rikardo Kuarejma ötən seçmə mərhələdə milli komandamıza qarşı oynayıb, Bakıya gəlib. Rikardo yayda “Portu”dan keçdiyi “İnter”də möhkəmlənə bilməyərək, qış fasiləsində “Çelsi”yə icarə verildi. Kuarejma elə London təmsilçisində də daha çox ehtiyatda qalır.

1. Rikardo Kuarejma (“İnter”)
2. Kristian Poulsen (“Yuventus”)
3. Amantino Mansini (“İnter)
4. Simone Loriya (“Roma”)
5. Andrey Şevçenko (“Milan”)
6. Serjio Almiron (“Fiorentina”)
7. Kristian Vyeri (“Atalanta”)
8. Bruno Fornaroli (“Fiorentina”)
9. Xuan Pablo Karisso (“Latsio)
10. Junio Baptista (“Roma”)
0