Müğənni Bagiradan səmimi etiraflar
22.04.2009 - 23:49
Müğənni Bagiranın apasport.az saytına müsahibəsi
- Dostlarınız arasında idmançılar var?
- Əlbəttə var! Hüseyn Məhəmmədovla yaxın dostam. Yaşca məndən böyük olsa da, xasiyyətimiz tutur.
- Harada tanış olmusunuz?
- Bu, çoxdan olub. Dəqiq xatırlamıram. Bir ara yoxa çıxmışdı, sonra yenə telefon nömrəsini tapdım.
- Aranızda ancaq dostluq münasibəti var?
- Hüseyn məndən 10 yaş böyükdür. Onu “müəllim” çağırıram. Xətrimi istəməsəydi, bu gün də münasibət saxlamazdım.
- Futbolçuların əksəriyyəti xəsis olur...
- Hə, orası düzdür. Pul xərcləməyə əlləri gəlmir. İmkanım olmayanda bəzən Hüseyn borc verir. Heç sonra geri də istəmir. Hüseyn belə oğlandır da.
- Qorxmursan ki, birdən evlərində bunu bilərlər?
- Biz neyləyirik ki?! Hüseynin ailəsi, uşaqları var. Mən bunların hamısını bilirəm. Vaxt olanda görüşürük, söhbətləşirik. Vəssalam!
- Futbolçulardan başqa kimisə tanımırsınız?
- Elələri var ki, üz vermək olmaz. Zəng edən çoxdur, tanımadığım nömrə olanda götürmürəm. Bəzilərini üzdən tanıyıram, restoranlarda görmüşəm. Biri də var, deyəsən, "Xəzər-Lənkəran"da oynayır... Braziliyalıdır. Üzügülər, buruq-buruq saçlı oğlandır.
- Juninyo?
- Adını bilmirəm. Restoranda gördü məni, oturub söhbət elədik.
- Niyə stadionlara gəlmirsiniz?
- Çağırsınlar da! Hüseynə demişəm ki, oyundan əvvəl xəbər ver, gəlib oxuyum. O da buna fikir vermir. Axırıncı dəfə nə vaxt stadiona getmişəm, yadımdan çıxıb. “Neftçi” oynayırdı, bir az baxdım, sonra getdim. Futbola həvəsim var. Özüm aerobikaya getmişəm. İstəyirəm ki, bədənim gözəl olsun. İdman etməkdən qalmıram. Hər səhər məşq edirəm. İdman məni formada saxlayır. Orta məktəbdən beləyəm, özümə baxıram. İki qardaşım var, onlar da idmançıdır. Hər ikisi karateçi olub.
- Bəs indi?
- İkisi də başqa işdə çalışır.
- Çəkdirdiyin şəkillərdən xəbərləri var?
- Evdə bilmirlər. Anam xəstədir, ona deməyə qorxuram. Sonra fikir edər. Şəkillərim ancaq internetdədir. Ona da bizimkilər açıb baxmır. Mən də demirəm.
- Seçim imkanı olsaydı, hansı futbolçuya "hə" deyərdin?
- Kriştianu Ronaldoya! "Mançester Yunayted"də oynayan portuqaliyalı üçün lap ölürəm. Gülər üzü, maraqlı baxışları var. Yerişi çox xoşuma gələr. Tanış olmaq istəsəydi, fikirləşmədən razılaşardım.
- Evlənmək təklif eləsə, necə?
- Qaça-qaça gedərdim (gülür). Qaraşın idmançılardan xoşum gəlir. Şirin olurlar.
- Amma saçlarınız sarı rəngdədir...
- Bu da yeni imicimdir. Mənə belə də yaraşır. Türkiyədə də bunu görüb, bəyəndilər.
- Nə mənada?
- İstanbulda futbolçuların əlindən telefonum susmurdu. Birinə cavab verib qurtarmamış, o biri zəng vururdu. Bezdirdilər məni.
- Nə istəyirdilər?
- Deyirdilər ki, gəl tanış olaq, dost olaq. Restorana şam yeməyinə dəvət edirdilər.
- Getmədin?
- Vaxtım yox idi, öz işimi güclə çatdırırdım.
- Həmin futbolçuların adlarını xatırlamırsan?
- Demişdilər, yadımdan çıxıb.
- Futbol haqda klip çəkdirmək istəmirsiniz?
- Yeri var. Mən tez-tez klip çəkdirmirəm. Gərək səviyyəli olsun hər şey. Yaxşı pul buraxan olsun, mən də klip çəkdirim. Axır vaxtlar vəziyyətim onsuz da aşağıdır. Neçə vaxtdır öz başımı güclə dolandırıram.

0
0