Futbol akademiyasının ilk sınağı
23.04.2009 - 09:24
Bir neçə ay əvvəl açılışı olan AFFA-nın Futbol Akademiyasının yetirmələri ilk beynəlxalq turnirə yollanır. Apasport.az saytının məlumatına görə, “Akademiya” adı altında çıxış edən komandamız yeniyetmə futbolçular arasında təşkil olunan Qazaxıstan prezidentinin kubokunda mübarizə aparacaq. Aprelin 26-da start götürəcək və 30-dək davam edəcək turnirdə səkkiz komanda çıxış etməlidir ki, onlar Almatının “Footballand” idman kompleksində münasibətlərini ayırd edəcək.
A qrupunda mübarizə aparacaq “Akademiya” turnirin açılış günündə Qırğızıstanın “Abdış-Ata” komandası ilə mübarizə aparacaq. Təmsilçimizin digər iki rəqibi isə Rusiya paytaxtı Moskvanın məşhur komandaları MOİK və “Spartak” olacaq. Aprelin 26, 27 və 29-da baş tutacaq qrup oyunlarından sonra birinci yeri tutan komandalar bir-biri ilə görüşəcək. Digər qrupda Rusiyanın “Rubin”, Hollandiyanın “Den Haaq”, Qazaxıstanın “Semey-93” və “Ole Brazil” komandaları mübarizə aparacaq.
Qeyd edək ki, “Akademiya” Azərbaycanın 17 yaşlılardan ibarət milli komandasının əsasında formalaşıb.

0
0