Torres, Vilya və Kasilyas Bakının hansı otelində qalacaq?
23.04.2009 - 09:40
Torres, Vilya və Kasilyas Bakının hansı otelində qalacaq?
İspaniya Futbol Federasiyasının nümayəndəsi Bakıya gəlir. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, ötən il Avropa çempionu olan İspaniya milli komandasının Azərbaycan yığması ilə qarşılaşmaq üçün Bakıya səfərinin təşkili üçün pireneyli qonaq sabah ölkəmizdə olacaq. İspaniyalı nümayəndə oyunun keçiriləcəyi stadiona baxış və komandanın məskunlaşacağı otelin seçəcək.

Qeyd edək ki, Azərbaycan və İspaniya milli komandaları arasında yoldaşlıq oyunu iyunun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Həmin vaxt iyunun 14-də CAR-da start götürən Konfederasiyalar kubokuna hazırlaşan və bu səbəbdən ölkəmizə əsas heyətlə gəlməyi planlaşdıran Visente del Boskenin Fernando Torres, David Vilya, İker Kasilyas kimi ulduzları Bakıya gətirəcəyi gözlənilir.
0