“Xəzər-Lənkəran”ın futbolçusu 3 saat cərrah masasında
23.04.2009 - 10:41
Azərbaycan milli komandasının və “Xəzər-Lənkəran”ın qapıçısı Kamran Ağayev Türkiyənin İstanbul şəhərində uzun müddət əziyyət çəkdiyi onurğa sütunundan əməliyyat olunub. Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçu üzərində “VKV Amerikan Hastanesi”ndə aparılan əməliyyat təxminən 3 saatadək davam edib.
Əməliyyata əslən Təbrizdən olan həkim Mehdi Sasani rəhbərlik edib. Onun sözlərinə görə, gənc futbolçumuz tezliklə sağalacaq. Kamran 3 gündən sonra Vətənə dönəcək. Ağayevin təxminən mayın axırlarında məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, onurğa sütununun bel nahiyəsindəki ağrılar ucbatından Kamran Ağayev bu ilin fevralından bəri yaşıl meydanlara həsrət qalıb.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0