Əliyev nə istəyir?
23.04.2009 - 11:20
Kiyev “Dinamo”sunda oynayan soydaşımız Aleksandr Əliyev UEFA kubokunu qazanmaq istəyir. Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi bu mükafatı Azərbaycana yox, Xabarovska aparmaq arzusundadır. Əliyev hazırda Ukrayna vətəndaşı olsa da, o, Rusiyanın Xabarovsk vilayətində anadan olub. Ulu babası azərbaycanlı olan Aleksandr inamlı oyunu ilə komandasının UEFA kubokunun yarımfinalına çıxmasına və prinsipial rəqib Donetsk “Şaxtyor”u ilə görüşməsində rol oynayıb: “Xabarovskda sonuncu dəfə 4 il öncə olmuşam. Yenidən ora getmək, qohumlarımla görüşmək istərdim. Belə qərara gəlmişəm ki, əgər “Dinamo”ya UEFA kubokunu qazanmaq xoşbəxtçiliyi nəsib olarsa, onu mütləq doğma Xabarovska aparacağam. İndi bunu arzulayıram”.
0
0