Zeynal Zeynalov “İnter” – “Xəzər-Lənkəran” matçının hakimi oldu
23.04.2009 - 12:00
Zeynal Zeynalov “İnter” – “Xəzər-Lənkəran” matçının hakimi oldu
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici komandaları arasında ölkə birinciliyində növbəti turun oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, XXIII turun görüşlərinə əsasən gənc hakimlər təyinat alıb. Təyinat alanlar sırasında Zeynal Zeynalov da yer alıb. Azərbaycanın futbol və çimərlik futbolu üzrə milli komandalarının, həmçinin Bakının “Standard” klubunun yarımmüdafiəçisi Zeynal Zeynalovun adaşı və həmsoyadı aprelin 24-də paytaxtda keçirilən matçda ədaləti qoruyacaq. Gənc hakim “İnter” – “Xəzər-Lənkəran” görüşünün laynsmanlarından biri olacaq.

Qeyd edək ki, əvəzedicilərin çempionatının liderləri “Neftçi” və “Qarabağ” rasında oyun da XXIII turda keçiriləcək.
0