Azərbaycan futbol yığması Bolqarıstanla qarşılaşacaq
23.04.2009 - 14:41
Azərbaycan futbol yığması Bolqarıstanla qarşılaşacaq
Azərbaycan milli komandası Bolqarıstana gedir. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 19 yaşadək futbolçulardan ibarət yığmamız aprelin 25-dən 28-nə qədər Balkan yarımadasında təlim-məşq toplanışı keçirəcək. Hazırlıq prosesi Pravets şəhərində baş tutacaq. Almaniyalı baş məşqçi Bernard Lippertin yetirmələrinin toplanış çərçivəsində bolqarıstanlı həmyaşıdları ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Bu görüşün aprelin 27-də keçirilməsi nəzərdə tutulub.
0