“Neftçi” - “Qarabağ” görüşünü təxirə saldılar
23.04.2009 - 16:43
“Neftçi” – “Qarabağ” matçı təxirə salınıb. Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, XXIII tur çərçivəsində bu klubların əvəzedici komandaları arasında aprelin 25-də keçirilməli olan görüş baş tutmayacaq.
“Neftçi”nin aprelin 21-də PFL-ə göndərdiyi məktubunda 8 futbolçusunun 19 yaşlılardan ibarət yığmamızın (U-19) heyətində təlim-məşq toplanışında və Bolqarıstanın U-19-u ilə yoldaşlıq görüşündə iştirak etməsi göstərilib. PFL də futbol üzrə XVII Azərbaycan Premyer Liqası, I divizion və Azərbaycan kubokunun “Əsasnamə və Nizam-İntizam qaydaları”nın 3.14 maddəsini əsas tutaraq, “Neftçi” – “Qarabağ” oyununun mayın 12-də keçirilməsinə qərar verib.

0
0