Sibel Azərbaycan futbolçularının görüşünə gəlib
23.04.2009 - 17:41
Sibel Azərbaycan futbolçularının görüşünə gəlib
Azərbaycan milli komandası bu gün Avropa çempionatının ikinci seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 19 yaşlı qızlardan ibarət komandamız portuqaliyalı həmyaşıdları ilə qarşılaşacaq.

Yığmanın çalışdırıcısı Şamil Heydərov artıq bu görüşdə meydana buraxacağı heyəti açıqlayıb: 12. İnna Boyko, 13. Nərgiz Hüseynova, 18. Yelena Nəbiyeva, 14. Anastasiya Rəhmanova, 2. Lyudmila Əliyeva, 16. Olqa Səfərova, 7. Anna Atayeva, 5. Olqa Qazıyeva, 8. Svetlana Fomenko, 9. Nərminə Rzayeva (k), 11. Yekaterina Nosova.

Digər 7 futbolçu isə matçın gedişində oyuna daxil olmaq şansını saxlayıb: 1. Svetlana Səmədova, 4. Marina Akayeva, 15. Maşa Makarova, 6. Kseniya Paşina, 10. Fəridə Babayev, 17. Nigar İsmayılova, 3. Lyubov Vəliyeva

Bakı vaxtı ilə saat 22:00-da başlayacaq və Anadia şəhərinin “De Anadia” stadionunda baş tutacaq oyunu türkiyəli Hilal Tosun idarə edəcək. Ona həmyerlisi Sibel Yamac və maltalılar Qlen Tonna ilə Ester Azzopardi yardımçı olacaq. Matçın hakim-inspektor və UEFA nümayəndəsi isə hollandiyalı Anya van Qinhovendir.
0