Azərbaycan futbolçuları Portuqaliyanı məğlub etdi
24.04.2009 - 09:44
Azərbaycan futbolçuları Portuqaliyanı məğlub etdi
Azərbaycan milli komandası ardıcıl dördüncü qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, tarixində ilk dəfə Avropa çempionatının ikinci seçmə mərhələsinə qatılan 19 yaşadək qızlardan ibarət yığmamız Portuqaliyada keçirilən turnirə uğurla başlayıb. Birinci seçmə mərhələdə üç qələbəni sıralayan baş məşqçi Şamil Heydərovun yetirmələri meydan sahibləri ilə oyunda da rəqibini məğlub edib – 2:0. Komandamız Anna Atayevanın 15-ci və Nərminə Rzayevanın 30-cu dəqiqədə vurduğu qollar sayəsində 3 xalı hesabına yazıb. Qrupun digər oyununda isə yarışın favoritlərindən olan Fransa yığması uelsli həmyaşıdlarını 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, yığmamız növbəti oyununu aprelin 25-də Bakı vaxtı ilə saat 20:00-da Uels komandasına qarşı keçirəcək.
0