İspaniya yığmasının Bakıya gəlmə səbəbi məlum oldu
24.04.2009 - 09:53
İspaniya yığmasının Bakıya gəlmə səbəbi məlum oldu
İyunun 9-da Azərbaycanla yoldaşlıq oyunu keçirən İspaniya yığması ciddi problemi həll etməli olub. Apasport.az saytının məlumatına görə, Avropa çempionları Konfederasiyalar Kubokuna hazırlaşmaq məqsədilə rəqib seçərkən çətinliklə üzləşibmiş.

Belə ki, İspaniya yığması birdən birə 4 ölkə ilə qarşılaşmaq variantlarını müzakirə edib qərar verməli imiş. Qitənin ən güclü komandasının yolunu İngiltərənin London, BƏƏ-nin Dubay, həmçinin Çində gözləsələr də, pireneylilər Bakıya gəlməyə üstünlük veriblər. İspaniyalıların iki ay əvvəl öz meydanlarında qarşılaşdıqları güclü İngiltərə və ya qonaqlara milyonlar xərcləməsi ilə tanınan ərəb və çinlilərin təkliflərini deyil, Azərbaycan variantını seçməsi qonşularını da təəccübləndirib. Avropa çempionları ilə eyni yarımadada yerləşən Portuqaliya mətbuatı buna izah da tapıb: “İspaniya Futbol Federasiyasının London, Dubay və Çinə yollanmaq variantları var idi. Amma onlar dünyanın 140-cı komandası olan Azərbaycanla oynamağa qərar verdi. Bu seçim bəzi məsələlərlə bağlıdır”.

Qeyd edək ki, ispanlar iyunun 14-də başlayacaq Konfederasiyalar Kubokuna Bakıdan yollanacaq.
0