Boske istefa haqda fikirləşir?
24.04.2009 - 09:57
İyunun 9-da Bakıda millimizlə yoldaşlıq görüşü keçirəcək İspaniya yığmasının baş məşqçisi Visente del Boske qəti qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, 58 yaşlı ispan mütəxəssis millidən gedəndən sonra məşqçilik fəaliyyətini başa vuracaq. Boske yığma komandasından sonra daha heç yerdə məşqçi kimi işləmək fikrində deyil: “İspaniya millisinə nə qədər rəhbərlik edəcəyimi deyə bilmərəm. Ancaq bura mənim sonuncu iş yerim olacaq. Bu, tam dəqiqdir. Gənclərdən ibarət komandalarla, yaşlılarla iş zamanı gözəl anlar keçirmişəm. Ancaq indi dayanmaq lazımdır. Bu qərarı özüm üçün qəti olaraq qəbul etmişəm və fikrimi dəyişməyəcəyəm”.
Məşqçilik karyerasında əsas uğurları Madrid “Real”ı ilə olan bağlı olan Boske Türkiyədə “Beşiktaş” klubunu da çalışdırıb. O, ötən yay İspaniya yığması Avropa çempionluğunu qazanandan sonra “Fənərbaxça” klubunun sükanı arxasına keçən 71 yaşlı həmkarı Luis Araqonesi əvəzləyib.

0
0