Milli komandamız Bolqarıstana 18 futbolçu ilə yollanır
24.04.2009 - 10:59
Milli komandamız Bolqarıstana 18 futbolçu ilə yollanır
Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının (U-19) heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, almaniyalı baş məşqçisi Bernard Lippert Bolqarıstana təlim-məşq toplanışına 18 futbolçu aparacaq.

Bunlar Səlahət Ağayev, Andrey Popoviç, Vəfadar Quliyev, Fariz Məmmədov, Pərviz Bayramov, Şəhriyar Xəlilov, Amid Quluzadə, Kamil Nurəhmədov, Ramil Rəhimzadə, Orxan Həsənov, Rəşad Eyyubov, Emin Mehdiyev, Cavidan Musazadə, Tural İsgəndərov, Qara Qarayev, Mirhüseyn Seyidov, Araz Abdullayev və Kamil Hüseynovdur.

Yığmamız hazırlıq prosesini aprelin 25-dən 28-dək Pravets şəhərində keçirəcək. Toplanış zamanı U-19-nun bolqarıstanlı həmyaşıdları ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Qeyd edək ki, az öncə U-19-nun da baş məşqçisi təyin edilən Lippert Bolqarıstanla görüşdə yeni postda debüt edəcək.
0