Monika Azərbaycan futbolçularını təriflədi - FOTOSESSİYA
24.04.2009 - 11:16
Monika Azərbaycan futbolçularını təriflədi - FOTOSESSİYA
“Etiraf edim ki, Azərbaycan yığmasına qarşı oynamaq çox çətindir. Çünki biz təcrübəli futbolçulardan ibarət komanda ilə mübarizə aparmalı idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliyanın 19 yaşlı qızlardan ibarət milli komandasının baş məşqçisi Monika Jorje deyib.

31 yaşlı Jorje Avropa çempionatının ikinci seçmə mərhələsində Azərbaycan yığmasına uduzan yetirmələrinin futbolçularımız qarşısında aciz qalmasına izah tapıb. Onun fikrincə, Portuqaliyada keçirilən matçda qazandığı qələbə (2:0) Azərbaycan yığmasının güclü olmasını əks etdirir: “Rəqibimizin oyunçularının əksəriyyəti ölkəsinin əsas yığmasında oynamış futbolçulardır. Biz çox yaxşı bilirik, onlar demək olar ki, eyni klubun üzvləridir. Və bu Azərbaycan yığmasının bir çox vəziyyətlərdə soyuqqanlı və effektli oyun göstərməsinin əsas səbəblərindən idi. Elə qapımıza vurulan hər iki qol da bunun nəticəsi idi. Lakin ikinci hissədəki oyunumuzun səviyyəsi gələcəyə nikbin baxmağa əsas verir”.

Qeyd edək ki, ötən il keçirilən Avropa çempionatı ərəfəsində Portuqaliyada təşkil olunan təntənəli mərasimin fəxri qonaqlarından olan Jorje rəqqasəlik bacarığını da nümayiş etdirib.
0