Peşəkar Futbol Liqasının narazılara cavabı
24.04.2009 - 11:29
Peşəkar Futbol Liqasının narazılara cavabı
Peşəkar Futbol Liqası (PFL) bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, qurum son günlər bəzi Kütləvi İnformasiya Vasitələrində yer alan yazılara münasibət bildirməyi zəruri sayıb.

Belə ki, Ağdamın "Qarabağ" klubunun ev oyunlarını Quzanlı Olimpiya İdman Kompleksinin stadionunda keçirməsi ilə bağlı qəbul olunan qərarın birmənalı qarşılanmamağı PFL-i bu addımı atmağa məcbur edib. Bildirilir ki, yarışların nizamnaməsinə əsasən klub, ev oyunlarını keçirəcəyi əsas və ehtiyat stadion barədə PFL əvvəlcədən rəsmən məlumatlandırmalıdır. PFL bəyan edir ki, Ağdamın "Qarabağ" klubu ev oyunlarının keçirmək istədiyi ehtiyat meydança kimi, Quzanlı Olimpiya İdman Kompleksini seçməsi ilə bağlı PFL-ə 29.07.2008-ci il tarixində QA - 059/08 saylı məktub ünvanlayıb.

Qeyd edək ki, “Qarabağ” cari mövsüm ev oyunlarını Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirirdi.

mənbə: pfl.az
0