“Qarabağ” nə vaxt qol vuracaq?
24.04.2009 - 11:49
“Qarabağ” nə vaxt qol vuracaq?
Premyer Liqanın XXIII turunda “Neftçi” ilə qarşılaşacaq “Qarabağ” 11 illik həsrətə son qoymağa çalışacaq. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi 4012 gündür səfərdə keçirdiyi matçlarda flaqmanın qapısına qol vura bilmir.

“Qarabağ” sonuncu dəfə 1997/98 mövsümündə “Neftçi”nin qonağı olarkən, qol sevinci yaşayıb. 1998-ci il mayın 2-də keçirilən və 1:1 hesabı ilə nəticələnən matçın 88-ci dəqiqəsində Yalçın Bağırov tarazlığı bərpa etmişdi. Həmin qarşılaşmadan sonra 9 dəfə bakılıların qonağı olan Ağdam təmsilçisi qol həsrətini yubiley həddinə çatmamağına çalışacaq.

Qeyd edək ki, bu matçlardan birində ağdamlılara texniki məğlubiyyət verilib.

“Neftçi”nin “Qarabağ”la ev oyunları

mövsüm

Nəticə

1992

1:1

1993

-

1993/94

1:1

1994/95

3:2

1995/96

2:2

1996/97

0:0

1997/98

1:1

1998/99

0:0 və 0:0

1999/2000

2:0

2000/01

+:-

2001/02

Nəticələr ləğv olunub

2003/04

2:0

2004/05

1:0

2005/06

2:0

2006/07

0:0

2007/08

0:0

2008/09

???

0