“Bakı” intriqanı çətinliklə saxladı, “Neftçi” isə uduzdu
26.04.2009 - 20:00
“Bakı” intriqanı çətinliklə saxladı, “Neftçi” isə uduzdu
Bu gün baş tutan oyunlarla Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, hesabat turunun nəticələri qızıl medallar uğrunda mübarizədə intriqanı saxlayıb.

Belə ki, lider “İnter” öz meydanında “Xəzər-Lənkəran”la matçda qələbəyə yaxın olsa da, sonda bir xalla kifayətlənib. “Bankirlər”in fasiləyə üstün durumda yollanmasına baxmayaraq, lənkəranlılar ikinci hissədə tarazlığı bərpa edərək, məğlubiyyətdən qaçıblar. Liderin ən yaxın izləyicisi “Bakı” isə bundan maksimum yararlanıb. Paytaxtın eyniadlı komandası Qəbələdə çətin qələbə qazanmaqla, “İnter”lə xal fərqini birə endirib.

Mükafatlara iddialı “Simurq” da turu üç xalla başa vurub. Zaqatala təmsilçisi öz meydanında “Standard”ı çətinlik çəkmədən təslim edib və üçüncü pillədəki yerini qoruyub.

Tovuzda “Olimpik”i minimal hesabla yenən “Turan” isə Premyer Liqada qalmaq şansını xeyli yaxşılaşdırıb. Buna autsayder komandalardan “Bakılı” və MOİK-in növbəti dəfə məğlub olması səbəb olub.

Alman məşqçi “Neftçi” Hans-Yurgen Gedenin istefaya göndərilməsindən sonra özünə gələn “Neftçi” bu dəfə xalsız qalıb. Flaqman prinsipial qarşılaşmada “Qarabağ”a uduzub.


25 aprel

“İnter” – “Xəzər-Lənkəran” - 2:2

Bakı. “Şəfa” stadionu.
Hakimlər: Anar Salmanov, Mehman Mahmudov, İlham Əliyev, Ceyhun Haşımov
QOLLAR: Vladimir Levin, 33; Kolesniçenko, 45 – Əhməd Dursun, 75; Mario Souza, 77

“Muğan” – “Bakılı” - 1:0
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
Hakimlər: Vüsal Əliyev, Emil İsgəndərov, Ruslan Babayev, Elçin Məmmədov
QOL: Vladimir Tsaranu, 33

“Simurq” – “Standard” - 3:1
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Hakimlər: Əfqan Həmzəyev, Ramiz Əsədov, Eldar Nağıbəyov, Rauf Cabbarov
QOLLAR: Bolkvazde, 21; Artyux, 55; Sokolov, 80 – Zeynal Zeynalov, 66.

26 aprel

MOİK – “Karvan” - 0:3

Bakı. “Şəfa” stadionu
Hakimlər: Elvin Əsgərov, Aydın Ələkbərov, Habil Əliyev, Fuad Həsənov
QOLLAR: Rəşad Kərimov, 45; Əziz Quliyev, 67; Vüqar Nadirov, 83

“Turan” – “Olimpik” - 1:0
Tovuz. Şəhər stadionu
Hakimlər: Azad Mütəllimov, İsgəndər Əliyev, Qəzənfər Məmmədov, Ramil Diniyev
QOL: İbekoyi, 34

“Qəbələ” – “Bakı” - 0:1
Qəbələ. Şəhər stadionu
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Roman Vasilyev, Rasim Məmmədov
QOL: Batista, 85

“Neftçi” – “Qarabağ” - 0:1
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Hakimlər: Rövşən Əhmədov, Samir Hacıyev, Orxan Məmmədov, Elçin Səmədli
QOL: Admir Teli (71)

Turnir cədvəli

komandalar

O

Q

H

M

T

X

1

İnter

23

16

6

1

44-14

54

2

Bakı

23

17

2

4

47-13

53

3

Simurq

23

15

5

3

37-16

50

4

Xəzər-Lənkəran

23

14

5

4

45-17

47

5

Qarabağ

23

13

5

5

33-21

44

6

Olimpik

23

10

7

6

25-17

37

7

Karvan

23

10

2

11

27-28

32

8

Neftçi

23

8

7

8

26-20

31

9

Standard

23

9

3

11

21-28

30

10

Qəbələ

23

8

6

9

26-18

30

11

Turan

23

4

5

14

17-39

17

12

Muğan

23

4

2

17

18-45

14

13

Bakılı

23

2

3

18

12-57

9

14

MOİK

23

1

2

20

10-55

5



Bombardirlər: Valter Quqlemon (“İnter”) – 14, İvan Svetkov (“Xəzər-Lənkəran”) - 13
0