Tağızadə ruslara qarşı oynayacaq
24.04.2009 - 12:47
Tağızadə ruslara qarşı oynayacaq
Qazaxıstanın Almatı şəhərində keçiriləcək “Prezident kuboku” turnirinə qatılacaq komandamızın heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Futbol akademiyasının yetirmələrindən ibarət “Akademiya” komandasının heyətində 18 futbolçu yer alıb.

Bunlar Ruslan Tağızadə, Kazım Kazımlı, Hacı Əhmədov, Tural Məmmədli, Slavik Alxasov, Aleksandr Qross, Elşən Abdullayev, Rəhman Hacıyev, Tural Qürbətov, Fuad Əsədov, Mehdi Mehdiyev, Orxan Sadıqlı, Nuran Qurbanov, Vasif Rzayev, Ayxan Əsədov, Kərim Diniyev, Tural Mustafazadə və Abdulla Abostiyevdir.

Aprelin 26-dan 30-dək 8 komandanın mübarizə aparacağı turnirdə təmsilçimiz A qrupunda yer alıb. “Akademiya”nın rəqibləri MOİK (Moskva, Rusiya), “Spartak” (Moskva, Rusiya) və “Abdış-Ata” (Kant, Qırğızıstan) komandaları olacaq. B qrupunda “Ole Brazil” (San-Paulo, Braziliya), “Den Haaq” (Haaqa, Hollandiya), “Rubin” (Kazan, Rusiya) və “Semey-93” (Semey, Qazaxıstan) komandaları yer alıb. “Akademiya” ilk görüşünü aprelin 26-da “Abdıs-Ata”, 27-də MOİK, 29-da “Spartak”la görüşəcək.
0