Futbol yığmamız Soçini seçdi
24.04.2009 - 16:35
Futbol yığmamız Soçini seçdi
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyada təlim-məşq toplanışı keçəcək. Apasport.az saytının məlumatına görə, yığmamız aprelin 28-dən mayın 10-dək Soçi və Anapa şəhərlərində hazırlaşacaq.

Baş məşqçi Emil Cabbarov 13 futbolçuya dəvət göndərib Bunlar Elşad Quliyev, İlham Əzizzadə, Elvin Quliyev, Hikmət Bağırov, Müslüm Hüseynov, Rizvan Fərzəliyev, Ruslan Əliyev, Elnur Əhmədov, Elnur Qəmbərov, Emin Kürdov, Vaqif Şirinbəyov, Seymur Məmmədov və Zaur Əliyevdir.

Təlim-məşq toplanışı çərçivəsində milli komandamız yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq.

Mənbə: affa.az
0