Qapıçımız Andrey Arşavinlə bir yerdə
24.04.2009 - 17:10
Azərbaycanlı qapıçı Nadir Şükürov Avropada həftənin seçilənləri arasında olub. Apasport.az saytının məlumatına görə, UEFA-nın rəsmi saytında qapıçımızın rekordu qeyd olunub.
Şükürov 42 yaşında Premyer Liqanın son turunda “Muğan”la Yevlaxdakı görüşdə meydana çıxıb və bununla da cari mövsümdə Azərbaycan çempionatının ən yaşlı futbolçusu olub: “Cari mövsümdən futboldan gedən Şükürov “Karvan”da qapıçılarla işləyən məşqçi vəzifəsində idi. Bununla belə, komandanın baş məşqçisi hər ehtimala veteranın adını iştirak ərizəsinə daxil etmişdi. Məhz bu fövqəladə vəziyyət yarandı. Maliyyə problemlərinə görə komandanın demək olar bütün əsas heyəti dağıldı ki, nəticədə Şükürov 22-ci turda “Muğan”la görüşdə yenidən qapıçı formasını geyindi. Maraqlıdır ki, yevlaxlılar həmin oyunda 3:1 hesabı ilə qələbə qazanıb”.
UEFA rəsmi saytına fikirlərini bildirən Şükürov yenə də oynamağa hazır olduğunu bildirib: “İndi əsasən futbolçular pula görə oynayırlar. Ah, əvvəllər səfər oyunlarına çantamıza axşam yeməyini qoyduğumuz vaxtı xatırlayıram. Və oynayırdıq. Əgər baş məşqçi qapıda durmağımı lazım bilsə, növbəti görüşlərdə də oynayaram”.
Şükürovun qayıdışı ötən həftənin maraqlı bir sıra hadisələri arasında yer alıb. Bunlardan həftənin oyunu kimi 4:4 hesabı ilə nəticələnən “Liverpul” – “Arsenal” görüşünü, həftənin futbolçusu kimi həmin matçda 4 qol vuran qonaqların rusiyalı hücumçusu Andrey Arşavini, həftənin qolu kimi Qutinin qolunu misal göstərmək olar.
Qeyd edək ki, Nadirin mövsümün rekordunu müəyyənləşdirməsini ilk dəfə olaraq apasport.az saytı araşdıraraq, üzə çıxarıb.

0
0