Rəşad Sadıqovu birinci dəstəyə aparırlar
24.04.2009 - 17:43
Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun çıxış etdiyi Türkiyənin “Kocaelispor” klubu Superliqanın növbəti turunda “Antalyaspor”la qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, aprelin 26-da İzmitdə keçiriləcək qarşılaşma müəyyən mənada “Neftçi” və “Xəzər-Lənkəran”ın rəqabətini xatırladacaq.
Belə ki, uzun illər flaqmanın kapitanı olmuş Rəşad lənkəranlıların sabiq çalışdırıcısının komandası ilə görüşəcək. “Kocaelispor”un müdafiə xəttinin əsas simalarından olan 27 yaşlı futbolçumuzun komandasının rəqibinin düşərgəsində Şenol Fidan da yer alıb. Xeyli müddət “Xəzər-Lənkəran”ın baş məşqçisi Rasim Karanın köməkçisi olmuş Fidan mütəxəssisin 2005-ci ilə təsadüf edən ilk istefasından sonra üç oyunluq onu əvəz etmişdi. Lənkəranlıları “Neftçi”ylə oyuna da baş məşqçi əvəzi kimi çıxarmağa nail olan mütəxəssis indi bakılıların sabiq kapitanının yeni komandasına rəqib olub.
Belə ki, Fidan hazırda “Antalyaspor”da baş məşqçinin birinci köməkçisidir. Rəşadla Ramalın komandası isə ciddi problemlərin həlli ilə məşğuldur. Çempionatın sonuna 6 tur qalmış 17-ci sırada qərarlaşan və Superliqada qalmağa imkan verən mövqelərdən 7 xal uzaq düşən “Kocaelispor” artıq bu taleyi ilə barışmaq üzrədir. Bu səbəbdəndir ki, izmitlilər artıq yeni mövsümün planlarını cızmağı lazım bilib. Superliqaya qayıtmaq üçün heyəti qorumaq haqda düşünən “Kocaelispor” ciddi itkilərdən qaçmağa çalışır. Heyətdəki 30 futbolçudan yalnız 12-nin müqavilə ilə klubda qalacağını görən izmitlilər müqaviləsi bitəcək 18 futbolçudan da bəzilərini saxlamağa çalışır.
“Kocaelispor”un sıralarına yayda qatılan 16 oyunçudan çoxunu itirmək qorxusu ilə yaşayan izmitlilər daha çox onlardan 5-ni itirə bilməyə üzülür. “Neftçi”nin sabiq futbolçuları Rəşad Sadıqovla Levent Kartop da onlar arasındadır ki, klub rəhbərliyi birinci dəstədə də onlara güvənmək niyyətindədir. Bunun üçün Rəşadı razı salmağın vacib olduğunu dərk edən “Kocaelispor”a müdafiəçinin türk dövlətinin vətəndaşı olması da sevindirir. Belə ki, onun aşağı dəstədə legioner sayılmamağı müqaviləsi davam edən daha üç əcnəbini heyətdə saxlamağa və hər matçda onlardan ikisinə güvənməyə imkan verəcək.

0
0