Sərxoş futbolçu 1750 avro ziyana düşdü
24.04.2009 - 17:53
Sərxoş futbolçu 1750 avro ziyana düşdü
İngiltərənin “Çelsi” klubunun futbolçusu Con Obi Mikel cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, London şəhər məhkəməsi içkili vəziyyətdə avtomobil idarə etmiş 22 yaşlı yarımmüdafiəçi ilə bağlı qərarını verib. Belə ki, nigeriyalı 15 aylıq sürücülük hüququndan məhrum edilib. O, pul cəzasından da qaça bilmədiyindən, 1750 avro cərimə ödəyəcək.
0