“Dəhşətli dərəcədə peşman olmuşam”
24.04.2009 - 23:27
Bakının “İnter” klubunun və Azərbaycan milli komandasının vitse-kapitanı Samir Abbasovun apasport.az saytına müsahibəsi
- Milli komandanın 5 günlük toplanışından sonra vəziyyətiniz necədir?
- Normaldır. Yorulmamışam.
- Qarşıdakı turda “Xəzər-Lənkəran”la vacib oyuna çıxacaqsınız. Yığmanın toplanışı hər hansı problem yaratmayacaq ki?
- Hələ bilinmir ki, oyuna çıxacağam, ya yox. Buna komandanın baş məşqçisi qərar verəcək.
- Hər halda, özünüzü oynamağa hazır sayırsınızmı?
- Bəli.
- Hər iki cəbhədə - həm yığmada, həm də klubda yorulmadan 90 dəqiqə oynayırsınız. Bunun sirrini açıqlaya bilərsiniz?
- Yalnız məşq etmək.
- “İnter”in baş məşqçisi Valentin Xodukin həmişə meydanda işgüzarlığınızı, möhkəmliyinizi, yorulmamağınızı digər futbolçulara misal göstərir. Ukraynalı mütəxəssisin fikrincə, gənclər sizdən nümunə götürməlidir...
- Hə, göz dəyməsin. Bundan sonra da belə formada qalmağa çalışacağam.
- Millinin hazırlığı necə keçdi?
- Əla.
- Əla olan nə idi?
- Fiziki cəhətdən vəziyyət əladır. Hazırlıq müddətində yorulmadıq. Yəqin ki, bu toplanış olduğundan baş məşqçi Berti Foqts bizi yığdı. Hər halda, bunu alman mütəxəssis daha yaxşı bilər. Nə vaxt yığmaya çağırırlar, canla-başla gedirik.
- Bu toplanışın hazırlıq baxımdan digərlərindən fərqi oldumu?
- Yox. Sadəcə, yeni futbolçular dəvət olundu. Bunlar Vladimir Levinlə Daniel Axtyamov idi. Bildiyiniz kimi, milli komandamızın qarşıdakı oyununda cəza ilə bağlı itkilər var.
- Yeri gəlmişkən, bunlardan biri elə sizsiz. Vərəqə limitini aşdığınız üçün Uelslə iyunun 6-da Bakıda oyunda meydana çıxa bilməyəcəksiniz...
- Elədir. İyunun ilk on günlüyündə dalbadal üç oyun keçirəcəyik. Foqts da bu oyunlara komandanı hazırlamaq, futbolçulara baxmaq istəyir. İndiki toplanışda fərqli bir şey olmadı. Hazırlıq eyni qaydada getdi. Normal toplanış keçdi.
- Foqts hazırlıq prosesində əsasən nəyə diqqət yetirir?
- Həm fiziki, həm də taktiki hazırlığa. Foqts bizi çox yormadı. O da başa düşür ki, çempionatında necə gərgin oyunlarımız qalıb. Buna görə də uşaqları çox yormaq istəmədi.
- Milli komandamızın əsas futbolçularından biri olmaqla yanaşı, həm də vitse-kapitansız. Yeni futbolçular, “İnter”də komanda yoldaşın Levin, yaxşı tanıdığın Axtyamov necə təsir bağışladı?
- Sözün açığı, bu qısa müddətdə heç nə demək olmaz. Nə qədər olmasa, Danieli çoxdandır görməmişdim. Amma Vladimirin oyununa şübhəm yoxdur, əladır. Levin bir müdafiəçi kimi çox yaxşıdır. Bunu komanda yoldaşım olduğu üçün demirəm. Hər halda, onu yaxşı tanıyıram.
- Milli komandamızın bir həftəyə üç oyun keçirməsi müzakirə obyektinə çevrilib. Bu sıx qrafik futbolçularımız üçün fiziki baxımdan problem yaratmayacaq?
- Öyrəşməlidirlər. Beynəlxalq miqyasda hamı elə oynamır ki. Dalbadal üç oyun keçirmək çox əla olar. Təbii ki, çətin olacaq. Bir oyundan sonra bərpa prosesinə, özünə gəlməyə vaxt gedir. Mənim üçün problem yoxdur. Digər futbolçularımız da buna öyrəşsələr, yaxşı olar. Sabah bir neçə gənc futbolçunu xaricə aparsalar, deyəcəklər ki, məni həftədə bir dəfə oynat? Qoy öyrəşsinlər, lap əladır. Məşqçi belə edirsə, deməli, nə etdiyini çox şey bilir.
- Necə hesab edirsiniz, Uelslə görüşdə komanda yoldaşların yoxluğunu unutdura biləcəklərmi?
- Unutduracaqlar, özü də necə lazımdır. Amma oynamamağım çox pis haldır. Bunu özümə görə deyirəm. Fikrimcə, yoxluğum hiss olunmayacaq. Bir də ki mən elə səviyyədə futbolçu deyiləm ki, yoxluğum bilinsin, unutdurulmasın.
- Rusiya ilə görüşdə Sergey Semşovla insidentdən sonra sarı vərəqə aldığına görə indi peşmançılıq varmı?
- Dəhşətli dərəcədə. Mən yalnız meydanda emosionalam. Meydandan kənarda həqiqətən belə deyiləm. Mən yoxam, o biri futbolçular var. Onlar da məndən yaxşı oynayacaqlar.
- “Xəzər-Lənkəran”la vacib oyunda sizin meydanda olmağınız “İnter” üçün lazımdır. Oynamağınla bağlı tərəddüd nə ilə bağlıdır?
- Söhbət tərəddüddən getmir. Bilirsiniz, komandamızda eyni səviyyədə üç müdafiəçi var ki, Xodukin müdafiənin mərkəzində onları oynadır. Bunlar mənimlə yanaşı, Levin və braziliyalı Danillo Assiolidir. Allahın işidir, ola bilsin ki, onları oynatdı. Yaxud mənimlə kimisə oynatsın. Oynamasam belə, bu, normaldır. Həmişə gənclərə də məsləhət görmüşəm ki, ehtiyatda da qalanda narahat olmasınlar. “Xəzər-Lənkəran”la görüşdə meydana çıxmasam, narahat olmaram. Təki komandamız qələbə qazansın.
- Ancaq nəzərə almaq lazımdır ki, Levin uzun müddətdir zədəyə görə oynamır. Belə olan halda, onun “Xəzər-Lənkəran”la çətin görüşdə meydana çıxmaq şansı nə dərəcədə realdır?
- Bu, Vladimir üçün problem olmayacaq. Elə futbolçulara bu, problem deyil. Levin də möhkəm uşaqdır.
- “Xəzər-Lənkəran”la görüşdə heyətdə bir sıra itkiləriniz olduğundan, oynamağınız lazımdır...
- Düzdür, serbiyalı müdafiəçi Milan Zaqoratsın qabırğası sınıb. Onun həmyerlisi Qoran Arnaut da cəzalıdır. Biz də onlara görə heyfsilənirik. İtkilərə baxmayaraq, komandada eyni səviyyəli futbolçular çoxdur. Onları layiqincə əvəzləyəcəyik. Məncə, yoxluqları çox da hiss olunmaz.
- Qarşıdakı oyunla bağlı nə düşünürsünüz?
- İndi elə vəziyyətdəyik ki, nəinki bizim, elə “Xəzər-Lənkəran”ın da nə düşündüyünü heç kim bilməz. Meydana çıxandan sonra hər şey bilinəcək. Necə deyim, udmağa çıxacağıq.
- Bunu reallaşdıra biləcəksiniz?
- Əlimizdən gələni edəcəyik. Komandamızın gücünə inanıram.
- İlk dövrədə “Xəzər-Lənkəran”ı səfərdə qələbəni rahatlıqla qazandınız...
- Belə deməzdim. Heç rahatçılıq olmadı. Əksinə, qələbəni çox çətinliklə əldə etdik. Hesabın 4:2 olmasına baxmayaraq, həqiqətən də həmişəki kimi oyun çox ağır oldu. Yəqin ki, bu dəfə ondan da çətin olacaq. Çünki xal itirməyin yeri olduğunu başa düşürük.
- “Xəzər-Lənkəran” ilk dövrə ilə müqayisədə güclənibmi?
- Məncə, eyni səviyyədədir. Onların əsas itkisi Emin Quliyevin yoxluğudur. Bu futbolçunun yoxluğunun bizə çox xeyri olacaq.
- Hər halda, “İnter” – “Xəzər-Lənkəran” 3 yox, 6 xallıq oyundur və çempionluq uğrunda həlledici görüş olacaq. Çünki rəqibiniz xal itirsə, çempionluq şansını demək olar itirəcək. Bu, sizdə gərginlik yaratmır ki?
- Hər iki komanda qələbə qazanmağa çalışacaq. Fikrimcə, bu, 6 xallıq yox, çempionatın axırıncı oyunudur.
- “Xəzər-Lənkəran”ın heyətində güclü hücumçular – İvan Svetkovla Əhməd Dursun var. Svetkov Premyer Liqada uzun müddət bombardirlik yarışına liderlik etdi, Dursun isə son iki oyunda üç qol vurub...
- Bizim hücumçulara nə olub ki? Hər oyunda qol vuran Valter Quqlemon bombardirlər yarışına liderlik edir. Hələ Xaqani Məmmədovumuz, Avqusto Andaverimiz və başqaları var. Bunun fərqi yoxdur. Bizim müdafiəçilər hara baxır ki, onların hücumçularının qarşısını almasın. “Xəzər-Lənkəran”da Svetkov var deyə nə edək?

0
0