Rəqibi təpikləyən futbolçuya 10 oyunluq cəza verdilər
25.04.2009 - 10:18
Rəqibi təpikləyən futbolçuya 10 oyunluq cəza verdilər
İspaniya Futbol Federasiyasının Nizam-İntizam Komitəsi “Real”ın müdafiəçisi Pepe ilə bağlı qərarını verib. Apasport.az saytının məlumatına görə, rəqib futbolçunu təpikləyən portuqaliyalıya 10 oyunluq cəza verilib.
İspaniya çempionatının 32-ci turunun “Xetafe” ilə qarşılaşmasında Franisisko Kaskeroya bir neçə təpik vuran Pepe üçün artıq mövsüm bitib. Belə ki, çempionatın sonuna cəmi 6 tur qaldığından müdafiəçinin 4 oyunluq “istirahəti” qarşıdakı mövsümə şamil olunacaq.

Qırmızı vərəqə aldıqdan sonra meydanı tərk etmək əvəzinə hakimləri söyən Pepenin aldığı cəza ilə bağlı “Real”ın apelyasiya verəcəyi gözlənilir ki, bunun üçün “Kral klubu”nun 10 gün vaxtı var.

Qeyd edək, nizam-intizam komitəsi “Xetafe” ilə adıçəkilən oyunda sarı vərəqə alan Qonsalo İquaynın xəbərdarlığını ləğv edib. Mövsümdə 5-ci sarı vərəqə qüvvədə qalsaydı argentinalı da növbəti turu buraxmalı olacaqdı.
0