Saşa Yunisoğlu: Mən hər şeydən razıyam
25.04.2009 - 11:09
Saşa Yunisoğlu: Mən hər şeydən razıyam
“Azərbaycan milli komandası hazırlıqlarını bu templə davam etdirsə, inanıram ki, yığmamız irəli getməyə qadir olacaq". Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun futbolçusu Saşa Yunisoğlu deyib.

Azərbaycan milli komandasının aprelin 20-24-də keçirilən təlim-məşq toplanışına qatılan 24 yaşlı müdafiəçi çıxış etdiyi klubun rəsmi internet saytına açıqlamasında hazırlıqlardan razı qaldığını bildirib: "Milli komandanın məşqlərindən tam razıyam. Foqts futbolçuların gələcək oyunlara tam hazır olması üçün əlindən gələni əsirgəmir. Futbolçular isə öz növbəsində məşq zamanı var gücləri ilə çalışırdılar”.

Paytaxt klubunun digər arxa xətt oyunçusu Cəmşid Məhərrəmov da toplanışdan məmnun ayrılıb: “Milli komandada keçirilən məşqlər göz qabağındadır. Hər şey yüksək səviyyədədir. Ümidvaram ki, baş məşqçimiz Berti Foqts milli komandamızın səviyyəsini qaldırmağa nail olacaq".

Qeyd edək ki, Azərbaycan yığmasının aprelin 20-24-də keçirilən toplanışı Bakıda baş tutmuşdu.
0