PFL "Qarabağ" - "İnter" matçına xeyli “şahid” aparır
25.04.2009 - 11:29
PFL "Qarabağ" - "İnter" matçına xeyli “şahid” aparır
Peşəkar Futbol Liqası (PFL) jurnalistlərin 16 illik fasilədən sonra Ağdamda keçiriləcək ilk matçda iştirak etməsinə çalışır. Qurumun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Premyer Liqanın XXIV turu çərçivəsində Ağdamın Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək "Qarabağ" - "İnter" oyununa mətbuat işçilərini PFL aparacaq. Belə ki, çempionatın təşkilatçıları qarşılaşmanı işıqlandırmaq istəyən kütləvi informasiya vasitələri nümayəndələrinə bu şəraiti yaratmağı öz üzərinə götürüb. Mətbuat işçiləri üçün Bakı-Quzanlı-Bakı marşrutu ilə xüsusi avtobuslar təşkil olunacaq. Avtobuslar Quzanlıya mayın 3-ü səhər saat 7.30-da yola düşəcək.
0