Mübariz Mənsimov xoşagəlməz olayla üzləşdi
25.04.2009 - 23:00
Mübariz Mənsimov xoşagəlməz olayla üzləşdi
Dünən Azərbaycan Premyer Liqasının XXIII turunda keçirilən “İnter” – “Xəzər-Lənkəran” matçında xoşagəlməz hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, görüşə maraq böyük olduğundan “Şəfa” stadionunda baş tutan oyunu izləyənlər arasında AFFA prezidenti Rövnəq Abdullayev, milli komandanın baş məşqçisi Berti Foqts və qonaq komandanın sahibi və fəxri prezidenti, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov da olub.

Amma Mənsimov görüşün əvvəlində haqsızlıqla üzləşib. Belə ki, “İnter” klubunun mühafizəçiləri onu VİP lojaya buraxmaq istəməyiblər. Öncə Təhlükəsizlik Xidmətinin əməkdaşları Mənsimovun qarşısını kəsiblər. Bundan əsəbiləşən “Palmali” rəhbəri qoruyucu səddin üzərindən keçərək, yuxarı qalxıb. Elə bu zaman Mənsimovun mühafizəçisi ilə təhlükəsizlik xidmətinin əməkdaşı arasında gərginlik yaranıb. Bununla belə, digər mühafizəçilərin işə qarışmasından sonra problem həll olunub.
0