Qyoko Hacıyevski: Çempion olmaq şansımız artıb
26.04.2009 - 18:39
Qyoko Hacıyevski: Çempion olmaq şansımız artıb
“Çox vacib qələbə qazandıq. Amma bu, bizə çətinliklə başa gəldi”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevskiyə məxsusdur.

Azərbaycan Premyer Liqasının XXIII turunda Qəbələdə eyni adlı komandanı 1:0 hesabı ilə məğlub edən “Bakı”nın çalışdırıcı bildirib ki, meydanın pis vəziyyətdə olmasına baxmayaraq, futbolçuları sonadək mübarizə aparıb məqsədə çatdılar: “Bu uğur münasibətilə oyunçularımı təbrik edirəm. Dünən "İnter"in xal itirməsi çox yaxşı oldu. Bunu normal qarşılamaq lazımdır. Liderlə xal fərqini minimuma endirsək də, arxayınlaşmaq olmaz. Çempion olmaq şansımız artıb. Ancaq qarşıdakı turda ilk növbədə "Simurq"u udmalıyıq. "Qarabağ"ın "İnter"lə necə oynamasından da çox şey asılı olacaq".
0