Babel “Qalatasaray”a “hə” deyib?
26.04.2009 - 19:04
Babel “Qalatasaray”a “hə” deyib?
Yeni mövsüm üçün transfer çalışmalarına başlayan “Qalatasaray” “Liverpul”un və Hollandiya millisinin hücumçusu Rayan Babelə elçi düşüb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “Cim-Bom” rəhbərliyi artıq 22 yaşlı futbolçunun meneceri ilə danışıqlara başlayıb. İlkin varianta görə, Babel İstanbula gələcəyi təqdirdə ilinə 3,5 milyon avro əməkhaqqı istəyib. Üstəlik, onun transferi üçün “Qalatasaray” ingilislərə 9 milyon avro xərcləməlidir.

Bundan başqa, 2006-2007-ci illərdə “Trabzonspor”un formasını geyinmiş, hazırda “Portu”nun şərəfini qoruyan Milan Stepanov da “Qalatasaray”ın gündəmindədir.

Babel “Liverpul”un heyətində cari mövsümdə Premyer Liqada 24 oyunda 2 qol vurub. Milan isə cari mövsümdə “Potu”nun heyətində yalnız yanvar və fevral aylarında cəmi 4 kubok oyununda meydana çıxıb.
0