“Akademiya”mız qırğızlara yenildi
26.04.2009 - 20:16
“Akademiya”mız qırğızlara yenildi
Qazaxıstanda "Prezidenti kuboku" turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, Almatıda keçirilən yarışa AFFA-nın Futbol akademiyasının yetirmələrindən təşkil olunmuş "Akademiya" komandası da qatılıb.

Təmsilçimiz ilk oyununu bu gün "Abdış-Ata" komandasına qarşı keçirərək 1:0 hesabı ilə məğlub olub. Sabah komandamız MOİK, aprelin 29-da isə "Spartak"la qarşılaşacaq.

Xatırladaq ki, yarışda 8 komanda iki qrupda mübarizə aparır.

0