Heydərov: Fransa yığmasını məğlub etməliyik!
26.04.2009 - 20:22
Heydərov: Fransa yığmasını məğlub etməliyik!
"Qrup mərhələsində ilk oyunumuzun təşkilatçı ölkənin - Portuqaliyanın U-19-na qarşı olması futbolçularımızda müəyyən qədər gərginlik yaratmışdı. Buna baxmayaraq, rəqibimizi bütün mövqelərdə üstələyə bildik və kollektiv oyun sayəsində qələbə qazandıq". Apasport.az saytının məlumatına görə, bunu Avropa çempionatının ikinci seçmə mərhələsi çərçivəsində Portuqaliyada keçirilən qrup oyunlarında mübarizə aparan 19 yaşlı qızlardan ibarət millimizin baş məşqçisi Şamil Heydərov deyib.

O, Uelslə oyundan da danışıb: "İkinci oyunda isə, yetirmələrim əsl xarakter nümayiş etdirdilər. Uels yığması qarşısında iki dəfə hesabda geri düşməyimizə baxmayaraq, oyunu heç-heçə başa vurduq. Növbəti mərhələyə yüksəlmək üçün Fransa yığmasını məğlub etməliyik. Mən futbolçularımıza inarıram".

Qeyd edək ki, millimiz Portuqaliyanı 2:0 hesabıyla məğlub etdikdən sonra Uelsə xalları yarı bölüb – 2:2.

mənbə: affa.az
0