Rəşad Sadıqov və Mazova Nsumbu
27.04.2009 - 10:18
Azərbaycan yığmasının futbolçusu Rəşad Sadıqov Türkiyə Superliqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi çıxış etdiyi “Kocaelispor” klubunun “Antalyaspor”la qarşılaşmasında 90 dəqiqə meydanda olub.
Rəşad komandasının minimal hesabla qalib gəldiyi matçın iki ən yaxşı oyunçusundan biri olub. Türkiyə mətbuatı futbolçumuzun çıxışını 7 balla qiymətləndirib. Görüşün iştirakçılarından yalnız onun komanda yoldaşı Mazova Nsumbu eyni qiymətə layiq görülüb.
Qeyd edək ki, bu qələbədən sonra “Kocaelispor” xal hesabını 26-ya çatdırıb. Superliqada qalmağa vəsiqə verən 15-ci pillədən 6 xal geri qalan İzmit təmsilçisi növbəti oyununu mayın 3-də səfərdə “Konyaspor”a qarşı keçirəcək.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0