Yenə hakim səhvləri...
27.04.2009 - 11:38
Yenə hakim səhvləri...
Azərbaycan Premyer Liqasının XXIII turunun oyunlarını idarə edən hakimlərin qiymətləri açıqlanıb. Peşəkar Futbol liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, həftəsonu keçirilən qarşılaşmaların baş hakimləri arasında ən yüksək qiyməti Anar Salmanovla Fariz Yusifov alıb. Onlardan fərqli, Elvin Əsgərov həftənin uğursuzu olub. Baş hakim kimi cari mövsüm ilk Premyer Liqa matçına gənc ədalət təmsilçisi MOİK - “Karvan” görüşündə səhvlərə yol verib.

Qeyd edək ki, Əsgərovun xətalara yol verdiyi matçda MOİK-in Premyer Liqanı tərk etməsi rəsmiləşib.

25 aprel, şənbə

"İnter" - "Xəzər-Lənkəran"

Baş hakim: Anar Salmanov - 8,1
Hakim köməkçiləri: Mehman Mahmudov - 8,0, İlham Əliyev - 8,0, Ceyhun Haşımov - 9,0

"Muğan" - "Bakılı"
Baş hakim: Vüsal Əliyev - 8,0
Hakim köməkçiləri: Emil İsgəndərov - 8,0, Ruslan Babayev - 8,0, Elçin Məmmədov - 8,0

"Simurq" - "Standard"
Baş hakim: Əfqan Həmzəyev - 8,0
Hakim köməkçiləri: Ramiz Əsədov - 8,1, Eldar Nağıbəyov - 8,1, Rauf Cabbarov – 8,0

26 aprel, bazar

"Neftçi" - "Qarabağ"

Baş hakim: Rövşən Əhmədov - 8,0
Hakim köməkçiləri: Samir Hacıyev - 7,8, Orxan Məmmədov - 8,0, Elçin Səmədli - 8,0

MOİK - "Karvan"
Baş hakim: Elvin Əsgərov - 7,2
Hakim köməkçiləri: Aydın Ələkbərov - 8,0, Habil Əliyev - 8,0, Fuad Həsənov - 8,0

"Turan" - "Olimpik"
Baş hakim: Azad Mütəllimov - 8,0
Hakim köməkçiləri: İsgəndər Əliyev - 8,0, Qəzənfər Məmmədov - 8,0, Ramil Diniyev - 8,0

"Qəbələ" - "Bakı"
Baş hakim: Fariz Yusifov - 8,1
Hakim köməkçiləri: Elman Musayev - 8,0, Roman Vasilyev - 8,0, Rasim Məmmədov - 8,0
0