Bir qız(ıl)ın dörd “adaxlı”sı qaldı
27.04.2009 - 12:04
Bir qız(ıl)ın dörd “adaxlı”sı qaldı
Azərbaycan Premyer Liqasında cari mövsümün qızıl medallarına namizədlər artıq bəllidir. Apasport.az saytının hesablamalarına görə, turnir cədvəlinin ilk dörd pilləsində qərarlaşan – “İnter”, “Bakı”, “Simurq” və “Xəzər-Lənkəran”dan biri çempion olacaq.

Bu, sona üç tur qalmış rəsmiləşib və digər komandaların qızıl medalları qazanmaq şansı nəzəri cəhətdən də qalmayıb. Çünki 5-ci pillədə qərarlaşan “Qarabağ”ın heç “gümüş”ə qovuşmaq şansı da yoxdur. Belə ki, Ağdam təmsilçisi 9 xal geridə qaldığı “Bakı”ya sonda çatsa belə, ikinci ola bilməyəcək. Cari mövsümdən Premyer Liqamızın Əsasnaməsində edilən dəyişikliyə əsasən, xallar bərabər olan zaman ilk olaraq şəxsi oyunlar götürülür. “Bakı” “Qarabağ”la hər iki oyunda 2:0 hesabı ilə qalib gəldiyindən, rəqibindən üstün durumdadır. Bürünc medala nəzəri cəhətdən şansı qalan Ağdam təmsilçisi ölkə kubokunun yarımfinalında elə “Bakı” ilə görüşəcək.

Ötən mövsümün gümüş medalçısı “Olimpik” bu dəfə mükafatçılar sırasına düşə bilməyəcək. Ölkə kubokunda da mübarizəni dayandıran paytaxt təmsilçisi üçün cari mövsüm uğursuz oldu. Ötən mövsüm çempionluğun bir addımlığında olan Əsgər Abdullayevin çalışdırdığı komanda son turda “Şəfa” stadionunda “Qarabağ”a uduzaraq, (0:1) gümüş medalla kifayətləndi. Keçən il bürünc medalçısı olan “Neftçi”nin bu dəfə mükafatçılar sırasına düşməyəcəyi xeyli əvvəldən məlum idi. Flaqman bunadək milli çempionatlarımız tarixində 1997/98 mövsümündə də medalsız qalıb. Həmin çempionatda da indiki kimi 14 komanda iştirak etmiş və “Neftçi” 6-cı olmuşdu. Flaqman həmin nəticəni təkrarlamaq şansını saxlayır.

Çempionluğa şansı qalan “dördlük”dən üçü bu uğura əvvəl nail olub. Maraqlıdır ki, son mövsümlər qalib adını elə “Bakı” (2006-cı il), “Xəzər-Lənkəran” (2007) və “İnter” (2008) qazanır. “Simurq” isə dörd illik tarixində nəinki çempion, heç mükafatçı olmayıb. 2006-cı ildən güclülər dəstəsində çıxış edən Zaqatala təmsilçisi ilk iki mövsümdə müvafiq olaraq 9-cu və 7-ci olub.

MOİK-in Premyer Liqada qalmayacağı son turda rəsmiləşib. “Hərbçilər” bir illik fasilədən sonra yenidən birinci divizionda oynayacaq. Digər vəsiqəyə ən real namizəd ötən mövsüm MOİK kimi güclülər dəstəsinə yüksələn “Bakılı”dır. Ancaq ordu klubundan fərqli, bakılılar Premyer Liqada yerini qorumaq şansını nəzəri cəhətdən saxlayır.

Turnir cədvəli

komandalar

O

Q

H

M

T

X

1

İnter

23

16

6

1

44-14

54

2

Bakı

23

17

2

4

47-13

53

3

Simurq

23

15

5

3

37-16

50

4

Xəzər-Lənkəran

23

14

5

4

45-17

47

5

Qarabağ

23

13

5

5

33-21

44

6

Olimpik

23

10

7

6

25-17

37

7

Karvan

23

10

2

11

27-28

32

8

Neftçi

23

8

7

8

26-20

31

9

Standard

23

9

3

11

21-28

30

10

Qəbələ

23

8

6

9

26-18

30

11

Turan

23

4

5

14

17-39

17

12

Muğan

23

4

2

17

18-45

14

13

Bakılı

23

2

3

18

13-56

9

14

MOİK

23

1

2

20

10-55

5



Bombardirlər: Valter Quqlemon (“İnter”) – 14, İvan Svetkov (“Xəzər-Lənkəran”) - 13
0