İqor Ponomaryovun güvəndiyi futbolçu dünyasını dəyişdi
27.04.2009 - 12:33
İqor Ponomaryovun güvəndiyi futbolçu dünyasını dəyişdi
“Xəzər-Lənkəran” klubunun baş məşqçisi İqor Ponomaryovun sabiq komandası “Maşuk-KMV” faciə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Rusiya çempionatının ikinci divizionunda mübarizə aparan Pyatiqorsk təmsilçisi futbolçularından birini itirib. Aprelin 24-də keçirilən son turun qarşılaşmasında 45 dəqiqə meydanda olan klubun 30 yaşlı müdafiəçisi Anatoli Sılka üçün “Krasnodar-2000”lə görüş sonuncu olub.

Belə ki, dünənki bərpa prosesinə qatılmayan futbolçu dünyasını dəyişib. Özünü hadisə yerinə çatdıran həkimlər futbolçunun ölümünü qeydə almaqla kifayətlənib. Onların ilk diaqnozu ürəyin dayanmağı olub.

Qeyd edək ki, karyerasının böyük hissəsi “Maşuk-KMV”ilə bağlı olan Sılka Ponomaryovun komandanı çalışdırdığı 2006-07-ci illərdə mütəxəssisin ən çox güvəndiyi oyunçulardan biri olub.
0